...

İtaliyada fövqəladə vəziyyət gündəmdə - SƏBƏB

Dünya xəbərləri Materials 12 Dekabr 2017 16:50 (UTC +04:00)
İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda Avstriyada qaz kəmərində baş vermiş partlayışla əlaqədar İtaliyada fövqəladə vəziyyətin elan oluna biləcəyini deyib
İtaliyada fövqəladə vəziyyət gündəmdə - SƏBƏB

Bakı. Trend:

İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda Avstriyada qaz kəmərində baş vermiş partlayışla əlaqədar İtaliyada fövqəladə vəziyyətin elan oluna biləcəyini deyib.

Trend-in məlumatına görə, Avstriyada baş vermiş hadisədən sonra İtaliyaya Rusiyadan qaz verilişi dayandırılıb.

Nazir verdiyi açıqlamada Transadriatik boru kəməri (TAP) layihəsinin bu məsələdə vacibliyini vurğulayıb: “Əgər TAP olsaydı, biz Avstriyadakı partlayışa görə fövqəladə vəziyyət elan etməzdik”.

Qeyd edək ki, Avstriyanın Baumqarten şəhəri yaxınlığında qaz kəmərində baş verən partlayış nəticəsində azı 1 nəfər həlak olub, onlarla xəsarət alan var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti