...

KXDR hərbiçisi Cənubi Koreyaya qaçıb

Dünya xəbərləri Materials 21 Dekabr 2017 07:36 (UTC +04:00)
Daha bir Şimali Koreya hərbiçisi sərhədi aşaraq Cənubi Koreya ərazisinə keçib
KXDR hərbiçisi Cənubi Koreyaya qaçıb

Bakı. Trend:

Daha bir Şimali Koreya hərbiçisi sərhədi aşaraq Cənubi Koreya ərazisinə keçib.

Trend-in məlumatına görə, bu barədə Koreya Respublikası Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin yaydığı xəbərdə bildirilir.

Şimali Koreya ordusunun əsgəri dumanlı hava şəraitindən istifadə edərək Cənubi Koreyanın nəzarət-keçid məntəqəsinə keçib və orada Cənubi Koreya hərbiçiləri tərəfindən saxlanılıb.

Hadisə ilə bağlı Cənubi Koreya tərəfi müvafiq araşdırmalar aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti