...

Tramp Pxenyanın nüvə qərarını şərh edib

Dünya xəbərləri Materials 21 Aprel 2018 03:27 (UTC +04:00)

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp KXDR nüvə və raket sınaqlarından imtina etməsinə fair qərarına münasibər bildirib.

Trend-in məlumatına görə, ABŞ lideri bu addımı “böyük bir tərəqqi” adlandırıb.

“Bu Şimali Koreya və bütün dünya üçün çox xoş xəbərdir”,-deyə Tramp öz Twitter səhifəsində yazıb.

Xatırladaq ki, bundan əvvəl Şimali Koreya lideri Kim Çen In ölkədə nüvə və raket sınaqlarının dayandırılmasını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti