...

İranda zəlzələ oldu

Dünya xəbərləri Materials 15 Aprel 2020 13:24 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

İranın cənub-şərqində yerləşən Kirman vilayətinin Faryab rayonunun 50 kilometrliyində 4,2 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 12:40-da,10 km dərinlikdə qeydə alınıb. Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.

Qeyd edək ki, 23 fevralda İranın Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələdə 109 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti