Bakı. Trend:
Şiə təşkilatı Hizbullah İsrailin cənubundakı Aşdod liman şəhərindəki dəniz bazasına ilk zərbəni endirib. Bu barədə qurumun Telegram kanalında yerləşdirilmiş bəyanatında deyilir.
“Müqavimət qüvvələri bu səhər Livan-Fələstin sərhədindən 150 km məsafədə yerləşən Aşdod hərbi dəniz bazasına ilk pilotsuz təyyarə zərbəsini endiriblər”. Açıqlamada dronların "hədəflərini dəqiq vurduğu" iddia edilib.
Bundan əlavə, Hizbullah raket zərbəsinin “Təl-Əviv şəhərindəki hərbi obyektə” endirildiyini bildirib. Qeyd edilir ki, əməliyyat “Qəzza zolağında Fələstin xalqının müqavimətinə dəstək” və həmçinin “Livanı İsrail təcavüzündən müdafiə etmək” məqsədilə həyata keçirilib.