Bakı. Trend:
Rusiyalıların Ermənistana girişinin qadağan edilməsini Rusiya qeyri-dostyana addım kimi qiymətləndirir.
Trend xəbər verir ki, bunu Rusiyanın XİN rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə bildirib.
“Biz Rusiya vətəndaşlarının girişinə qadağanı qeyri-dostyana addım kimi qiymətləndiririk”, - deyə Zaxarova vurğulayıb.
Onun sözlərinə görə, belə bir addım Moskva-İrəvan münasibətlərinin xarakterinə ziddir.
Zaxarova bildirib ki, Ermənistanın “qara siyahısı” mövzusunu “yetərincə tez-tez” şərh etmək məcburiyyətində qalırlar.