...

Bakıda YUNESKO-nun sessiyası keçiriləcək

Mədəniyyət Materials 7 Dekabr 2012 18:59 (UTC +04:00)
Fransanın Paris şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 7-ci sessiyası keçirilir.
Bakıda YUNESKO-nun sessiyası keçiriləcək

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

Fransanın Paris şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 7-ci sessiyası keçirilir.

Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, müvafiq ənənəyə uyğun olaraq, sessiyanın sonunda Komitəyə növbəti ev sahibliyi edəcək ölkənin və sessiyanın sədrinin təyin olunması nəzərdə tutulub. Aparılmış müzakirələr nəticəsində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının və Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyanın 10 illik yubileyinin 2013-cü ilin 2-8 dekabr tarixində Bakı şəhərində keçirilməsi ilə bağlı qərar qəbul olunub.

Beləliklə, 8-ci sessiya Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sədrliyi ilə keçiriləcək. Çin, Yunanıstan, Burkina Faso, Braziliya və Misir isə komitə sədrinin müavinləri seçiliblər.

Sessiyada iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan hökuməti adından çıxış edərək, YUNESKO Katibliyinə və Komitə üzvlərinə ölkəmizin ev sahibliyi təklifini dəstəklədikləri üçün təşəkkür edib.

Çıxışdan sonra isə Azərbaycan haqqında film nümayiş etdirilib.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi sessiyada Azərbaycan tar ifaçılıq sənəti YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti