Bakı. Trend:
Kuril adalarında 1 saat ara ilə 4.6 və 4.4 bal gücündə iki zəlzələ baş verib.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, 4.6 bal gücündə olan zəlzələninepisentri Şimali-Kurilsk şəhərindən 110 kilometr şimal-şərqdə, 65 kilometr dərinlikdə yerləşib. 4.4 bal gücündə olan zəlzələ isə Kurilsk şəhərindən 162 kilometr şimal-şərqdə, 160 kilometr dərinlikdə olub.
Zəlzələ hiss olunmayıb. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.