...

Gəncədə zəncirvari qəza olub - 2 yaralı (FOTO)

Hadisə Materials 7 Dekabr 2016 12:18 (UTC +04:00)
Gəncə şəhərinin Müseyib bağırov küçəsi və N.Gəncəvi prospektinin kəsişməsində zəncirvari qəza olub.
Gəncədə zəncirvari qəza olub - 2 yaralı  (FOTO)

Bakı. Trend:

Gəncə şəhərinin Müseyib bağırov küçəsi və N.Gəncəvi prospektinin kəsişməsində zəncirvari qəza olub.

Trend ARB Kəpəz-ə istinadən xəbər verir ki, hadisə "VAZ 2102", "VAZ 21099", "Hyundai", "Qazel" və "Qaz 24" markalı avtomobillərin toqquşması nəticəsində baş verib.

Qəza işıqforlu yol kəsişməsində qeydə alınıb. Hadisə yerinə təcili-tibbi yardım briqadası cəlb edilib. Xəsarət alan azyaşlı sərnişin və "VAZ 2102"-nin sürücüsü - 78 yaşlı Gəncə sakini Yusif Məmmədov xəstəxanaya yerləşdiriliblər. Avtomobillərə ciddi ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti