...

Ağstafa və Göyçayda ev yandı

Hadisə Materials 11 Mart 2020 10:41 (UTC +04:00)
Göyçay rayonunda ümumi sahəsi 150 m² olan birmərtəbəli evin mətbəxinin tavanı 10 m² sahədə yanıb, qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ağstafa və Göyçayda ev yandı

Bakı. Trend:

Ağstafa və Göyçay rayonlarında yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.

Ağstafa rayonunda ümumi sahəsi 400 m² olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin tavanı və dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Göyçay rayonunda ümumi sahəsi 150 m² olan birmərtəbəli evin mətbəxinin tavanı 10 m² sahədə yanıb, qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti