...

Lənkəranda 10 nəfər intihar edib

Hadisə Materials 31 İyul 2007 16:44 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend müxbir P.Əliyeva/ Lənkəran rayonunda bu ilin birinci yarımilliyində 10 intihar hadisəsi qeydə alınıb. Bu barədə çərşənbə axşamı Lənkəran rayonlararası Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya Zona Mərkəzinin rəisi Rafiq Qasımov məlumat verib. Onun sözlərinə görə, intihar edənlərdən 6-sı kişi, 4-ü qadındır. Qasımov bildirib ki, intiharlardan 8-i asılma faktıdır, 2-si isə termiki yanıqdır. Hesabat dövründə intiharların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 fakt çoxdur.

Lənkəran paytaxt Bakıdan 268 kilometr cənubda yerləşir. Əhalisi 201 min 500 nəfərdir. Əhalinin ümumi sayının 51,2 %-ni qadınlar, 48,8 %-ni kişilər təşkil edir.

Xəbər lenti

Xəbər lenti