...

Dünya futbolunda yeni qayda tətbiq ediləcək

Maraqlı Materials 26 Dekabr 2016 23:16 (UTC +04:00)
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) futbolda yeni qaydanın tətbiq oluna biləcəyini açıqlayıb
Dünya futbolunda yeni qayda tətbiq ediləcək

Bakı. Trend:

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) futbolda yeni qaydanın tətbiq oluna biləcəyini açıqlayıb. Trend Sputnik-a istinadən xəbər verir ki, bu barədə qurumun texniki işlər üzrə katibi, əfsanəvi futbolçu Marko Van Basten məlumat verib.

O deyib ki, yeni veriləcək qərara əsasən, oyun ərzində hakimdən narazılıq olarsa, komanda oyunçularından, sadəcə birinə icazə veriləcək ki, hakimə etirazını bildirsin: "Biz çox vaxt görürük ki, hakimdən narazılıq olan zaman komandadakı 11 oyunçudan demək olar ki, hamısı hakimin üzərinə şığıyır. Nəticədə xoşagəlməz görüntülər üzə çıxır".

"Bu hərəkətlərə görə çox vaxt hakimlər də bir neçə futbolçunu qırmızı və ya sarı vərəqlə cəzalandırırlar. Bunlar hamısı qanunlardakı boşluqdan qaynaqlanırdı. İndi isə biz hazırlaşırıq ki, elə bir qayda tətbiq edək ki, narazılıq olan zaman klubun ancaq kapitanı hakimə yaxınlaşıb etirazını bildirsin. Yenə deyirəm, ancaq kapitanlar" — deyən Bastenin sözlərinə görə, oxşar qayda Reqbi idman növündə də mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti