...

İran Dağlıq Qarabağ münaqişəsində vasitəçiliyə hazırdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Aprel 2012 16:05 (UTC +04:00)
İran Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanla Ermənistan arasında vasitəçilik etməyə hazırdır. Trend-in Mehr agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi bazar günü bildirib.
İran Dağlıq Qarabağ münaqişəsində vasitəçiliyə hazırdır

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir F.Milad/

İran Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanla Ermənistan arasında vasitəçilik etməyə hazırdır. Trend-in Mehr agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi bazar günü bildirib.

Erməni həmkarı Edvard Nalbandyanla birgə keçirdiyi mətbuat konfransında Salehi bildirib ki, İran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyir.

"[Cənubi Qafqaz] regionunda maraqlarımız var, və buna görə regionda sülhün olmasını istəyirik" deyə Salehi bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti