...

İndoneziya Parlamentinin Aşağı Palatasının sədri Azərbaycana səfər edəcək

Siyasət Materials 16 Fevral 2008 14:12 (UTC +04:00)
İndoneziya Parlamentinin Aşağı Palatasının sədri Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir S.Ağayeva/ İndoneziya Parlamentinin Aşağı Palatasının - Xalq Nümayəndələri Şurasının sədri Aqunq Laksono Azərbaycana səfər edəcək. Milli Məclisin sədri Oqtay Əsədovun Azərbaycana rəsmi səfər dəvətini Azərbaycanın İndoneziyadakı səfiri İbrahim Hacıyev Laksonoya təqdim edib.

Azərbaycanın İndoneziyadakı səfirliyindən şənbə günü verilən məlumata görə, İndoneziya Parlamentinin Aşağı Palatasının rəhbəri Azərbaycan Parlamentinin yaranmasının 90 illiyi ilə əlaqədar iyunun 18-20-də Bakıda keçiriləcək təntənəli tədbirlərə, həmçinin Azərbaycanın eks-prezidenti Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü ilə əlaqədar may ayına nəzərdə tutulan konfransa dəvət olunub.

Görüşdə parlamentlərarası dostluq qrupunun yaradılması məsələsi müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti