...

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin toplantısı başlayır

Siyasət Materials 26 Fevral 2008 01:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral /" müxbir İ.Əlizadə/ Bu gün İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin toplantısı başlayır. Bu barədə Trend ə açıqlamasında Azərbaycanın QDİƏTPM-dəki nümayəndə heyətinin rəhbəri, deputat Asəf Hacıyev məlumat verib.

Toplantıda Avropa Parlamenti ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏTPM) əməkdaşlığının genişləndirilməsi məsələsi müzakirə olunacaq. Toplantının keçirilməsi QDİƏTPM-in yaradılmasının 15 illiyinə həsr olunmuş yubiley tədbirləri ilə bağlıdır.

Təşkilatın Bürosunun xüsusi iclası keçiriləcək. İclasda Parlament Məclisinin yaradılmasının ildönümü barədə Bəyannamə qəbul ediləcək.

Azərbaycanı iclasda Asəf Hacıyev təmsil edəcək.

Toplantı fevralın 27-də başa çatacaq.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində 12 ölkə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti