...

Azərbaycanla Avropa İttifaqı parlamentlərarası əməkdaşlıq komitəsinin iclası keçiriləcək

Siyasət Materials 3 Oktyabr 2008 13:13 (UTC +04:00)

Azərbayan, Bakı, 03 oktyabr / Trend / müxbir İ.Əlizadə/ Azərbaycanın yoxsulluğun azaldılması, təhsil, səhiyyə və ətraf mühitin mühafizəsi sahəsində gördüyü işlər Azərbaycanla Avropa İttifaqı parlamentlərarası əməkdaşlıq komitəsinin iclasında müzakirə olunacaq. Bu barədə cümə günü Trend -a Azərbaycan parlamentindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, oktyabrın 6-7-də Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan parlamenti arasında əməkdaşlıq komitəsinin doqquzuncu iclası keçiriləcək.

İclasda parlamentin vitse-spikeri Valeh Ələsgərovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinə deputatlar Gülər Əhmədova, Jalə Əliyeva, Çingiz Əsədullayev, Fuad Muradov, Nizami İsgəndərov və katibliyin əməkdaşı Vəfa Əfəndiyeva daxildir.

İclasda Azərbaycan hökumətinin nümayəndə heyəti - xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova iştirak edəcək.

Həsənova Azərbaycanda iqtisadi islahatlar sahəsində görülən işlər barədə məlumat verəcək.

Komitənin sonuncu iclası 2007-ci il sentyabrın 12-də keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti