...

Azərbaycanın cəzaçəkmə müəssisələrində referendumla bağlı 24 seçki məntəqəsi yaradılıb

Siyasət Materials 17 Mart 2009 15:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanın cəzaçəkmə müəssisələrində referendumla bağlı 24 seçki məntəqəsi yaradılıb, - çərşənbə axşamı Trend -a Penitensiar Xidmətin (PX) ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Trend -un arayışı: Martın 18-də Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək.

Referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına başlayıblar. Referendum üzrə qəbul olunan təqvim planına əsasən, təbliğat kampaniyaları martın 16-da gecə başa çatıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılmışdı.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, Dairə Seçki komissiyaları (DSK) tərəfindən seçki məntəqələri müvafiq ləvazimatlarla, seçki bülletenləri ilə təmin olunub, məntəqə komissiyaları formalaşıb.

Açıq tipli müəssisələrdə (məntəqə tipli və xüsusi müəssisələrdə) cəza çəkən məhkumlar isə ərazi üzrə yaradılmış seçki məntəqələrində səs verəcəklər.

PX-dən bildirilib ki,səsvermədə iştirak edəcək məhkumların sayı barədə referendumdan sonra məlumat veriləcək.

Azərbaycanda 17 cəzaçəkmə müəssisəsi, bir həbsxana, 3 istintaq təcridxanası, bir tərbiyə müəssisəsi, məhkumlar üçün bir Müalicə Müəssisəsi, 15 məntəqə tipli müəssisə və 14 xüsusi müəssisə var.

Bu müəssisələrdə 3 cəza növünün icrası həyata keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti