...

NATO Liviyaya silah tədarükünə dair embarqoya əməl olunması üzrə əməliyyat aparır

Siyasət Materials 23 Mart 2011 17:39 (UTC +04:00)
NATO artıq Liviyaya silah tədarükünə dair embarqonun əməl olunması ilə bağlı əməliyyat aparır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələr Komandanlığı yanında strateji planlaşdırma üzrə direktoru briqada generalı Pyer Sen-Aman bildirib. Məlumatı RİA Novosti yayıb.
NATO Liviyaya silah tədarükünə dair embarqoya əməl olunması üzrə əməliyyat aparır

NATO artıq Liviyaya silah tədarükünə dair embarqonun əməl olunması ilə bağlı əməliyyat aparır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələr Komandanlığı yanında strateji planlaşdırma üzrə direktoru briqada generalı Pyer Sen-Aman bildirib. Məlumatı RİA Novosti yayıb.

"NATO artıq əməliyyat aparır", - o, Brüsseldə jurnalistlərə deyib.

Çərşənbə axşamı NATO-nun baş katibi Anders foq Rasmusen Şimali Atlantika Alyansının BMT Təhlükəsizlik Şurasının Liviyaya silah tədarükünə dair embarqoya nəzarətlə bağlı qətnaməsinin icrasının təmin olunmasına dair qərar qəbul etməsi haqqında məlumatı verib.

NATO generalı onu da bildirib ki, "Birləşmiş müdafiəçi" kodu ilə əməliyyat aparılan zaman NATO dənizçiləri Mərkəzi Aralıq dənizindən keçəcək və göyərtələrində silah və muzdluların olması ilə bağlı şübhəli gəmiləri yoxlayacaqlar. Sen-Aman deyib ki, ümumilikdə əməliyyat 10 freqat (Kanada, İspaniya, Böyük Britaniya, Yunanıstan, İtaliya və ABŞ-dan bir, Türkiyədən dörd), üç sualtı gəmi (İspaniya, İtaliya və Türkiyədən bir), iki köməkçi gəmi (İtaliya və Türkiyə), eləcə də bir komanda gəmisi (İtaliya) ilə həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti