Fuad Ələsgərov: “Eurovision” mahnı müsabiqəsi ərəfəsində təhlükəsizliyin təmini hər bir Azərbaycan vətəndaşının məsuliyyətidir (MÜSAHİBƏ)

Fuad Ələsgərov: “Eurovision” mahnı müsabiqəsi ərəfəsində təhlükəsizliyin təmini hər bir Azərbaycan vətəndaşının məsuliyyətidir (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun Trend-ə müsahibəsi

- Avstriyanın "Der Standart" qəzeti 70-ə qədər siyasi məhbusun olduğu ölkədə "Eurovision" yarışmasının keçirilməsinin nə dərəcədə məqsədəuyğun olduğunu yazır. Bununla bağlı nə deyə bilərsiniz?

- Təəssüf ki, yalnız "Der Standart" deyil, digər ölkələrin, xüsusilə Almaniyanın bəzi mətbuat orqanları Azərbaycan barədə yanlış fikirlər yayır. Bu məsələ ilə bağlı bir daha bildirmək istərdim ki, Azərbaycanda "siyasi məhbus" yoxdur. İstənilən vaxt, istənilən şəxsə bunu sübut etməyə hazıram. Azərbaycan insan hüquqları sahəsində götürdüyü bütün öhdəliklərə hər zaman sadiqdir. Biz bunu dəfələrlə sübut etmişik.

"Siyasi məhbuslar"ın mövcudluğu barədə yalan məlumatları ölkəmizdə gedən proseslərdən xəbəri olmayan, başqalarının subyektiv fikirləri əsasında Azərbaycan barədə ictimai fikri formalaşdıran ermənipərəst qüvvələr yayır. Reallıq isə tamamilə başqadır. Yəqin ki, Almaniyanın hörmətli səfiri cənab Herbert Kvelle "Eurovision" musiqi yarışmasına gəlmiş alman jurnalistləri ilə görüşü zamanı Azərbaycan həqiqətlərini onlara çatdıracaqdır.

- Müxalifətin razılaşdırılmamış aksiyalar keçiriləcəyi barədə bəyanatlarına Sizin münasibətiniz necədir?

- Hazırda radikal müxalifət qüvvələri dinc və təhlükəsiz şəraitdə bir neçə dəfə mitinq keçirmələrinə baxmayaraq, mitinq üçün ayrılmış yerlərdən imtina etdikləri və onun başqa yerdə keçiriləcəyi barədə bəyanatlarla çıxış edirlər. Halbuki onlar həmin mitinqlərə bacardıqları qədər adam da yığmışdılar, istədikləri sözləri də demişdilər.

Səbəb kimi isə, guya Səbail rayonunun ərazisində təşkil olunan toplantıların keçirilməsi üçün dövlət orqanları tərəfindən süni maneələrin yaradılmasını, aksiyada iştirak etmək niyyətində olan "minlərlə" insanın guya mitinq yerinə gələ bilməməsini göstərirlər. Lakin söylənənlər boş bəhanədən başqa bir şey deyildir.

Belə ki, mətbuatda gedən reportajlarda mitinqdə iştirak edənlərin az olması ilə bağlı suallara cavab verərkən təşkilatçılar ictimai nəqliyyat vasitələrinin qəsdən hakimiyyət tərəfindən marşrutdan çıxarıldığını, ona görə də bir çoxlarının mitinqdə iştirak edə bilmədiklərini deyir. Halbuki, elə həmin reportajlarda mitinq iştirakçılarının əksəriyyəti toplantı yerinə ictimai nəqliyyatla gəldiklərini söyləyirlər.

Bu onu göstərir ki, əsl məqsəd başqadır: provokasiya təşkil etməklə, "Eurovision" yarışmasını boykot etməyə çağırmaqla diqqəti özünə cəlb etmək, ev sahibi kimi Azərbaycanın nüfuzuna xələl gətirmək. Müxalifətin davranışları, bir növ, evə gəlmiş qonaqlar qarşısında ailə münaqişəsi yaratmağa bənzəyir.

Halbuki, siyasi əqidəsindən asılı olmayaraq, Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bu uğur hamımızın uğurudur. Tədbir zamanı təhlükəsizliyin təmin edilməsinə görə məsuliyyət də yalnız hökumətin deyil, həm də hər bir Azərbaycan vətəndaşının məsuliyyətidir.

Bunu başa düşən müxalifətçilər də var. Dünən mətbuatın verdiyi məlumata görə, 2011-ci il aprelin 2-də zorakılıqla müşayiət olunan mitinqdən sonra onun təşkilatçılarından biri kimi məsuliyyətə cəlb edilən Arif Hacılı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə mürciət etmişdir. "İctimai Palata" adlanan qurumun digər üzvlərindən fərqli olaraq Hacılı müraciətində "Eurovision" mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin qələbəsi, bu populyar yarışmanın ölkəmizdə keçirilməsinin dövlətimiz və millətimiz üçün mühüm hadisə olduğunu bildirir. Bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyi indiki məqamdan xalqımızın və dövlətimizin nüfuzunun artması, dünya birliyində yerinin möhkəmlənməsi üçün bir fürsət kimi istifadə etmək zərurətini qeyd edir.

Bu günlərdə artıq "Eurovision" mahnı müsabiqəsinin məşqlərinə başlanmışdır. Şəhərdə hazırlıq işləri başa çatır. Müsabiqə iştirakçıları və onların fanları ilə yanaşı, ölkəmizə çoxlu sayda jurnalistlər də gəlmişdir. Şəhərimizdə minlərlə qonaq var.

Bu həm də təhlükəsizlik baxımından həssas bir məqamdır. Gündəlik mətbuatdan hüquq mühafizə orqanlarının gördüyü ictimai asayişin qorunmasına yönəlmiş tədbirlər barədə yəqin ki, məlumatlısınız. Hazırda hüquq mühafizə orqanları "Eurovision" ilə bağlı təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə məşğuldur. Belə bir vacib məqamda polisin həm də razılaşdırılmamış mitinqlərin keçirilməsi ilə əlaqədar hüquq qaydasının təmin olunmasına cəlb edilməsi artıq gərginlik yarada bilər. Çox təəssüf ki, bəzi radikal müxalifət qüvvələri xaricdən idarə olunan təhlükəli antiazərbaycan oyunlarının iştirakçısına çevrilir.

- Sərbəst toplaşmaq azadlığı məhdudlaşdırıla bilərmi?

- Toplaşmaq azadlığı da digər hüquqlar kimi Azərbaycanda təmin olunur. Lakin eyni zamanda vurğulamaq istərdim ki, toplaşmaq azadlığı mütləq deyil və onun üzərində müəyyən məhdudiyyətlər qoyula bilər.

Sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi ilə bağlı əvvəllər də suallara cavab verərkən mən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna istinad etmişdim. Belə ki, Böyük Britaniyaya qarşı bir iş üzrə qərarda ifadə edilmiş Avropa Məhkəməsinin fikrinə görə, müəyyən ərazidə hər hansı təşkilat tərəfindən təşkil olunmuş əvvəlki toplantıların dinc olmaması və ictimai asayişin pozulmasına gətirib çıxarması bu ərazidə ümumiyyətlə toplantıların müəyyən müddətə qadağan edilməsi üçün əsas ola bilər.

İsveçrəyə qarşı bir işdə Avropa Məhkəməsi bildirmişdir ki, sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi ilə bağlı razılaşdırma prosedurunun tətbiq edilməsinin özü heç də bu hüququn pozulması demək deyil. Bu prosedur dövlət orqanları tərəfindən toplantının dinc xarakterinin təmin edilməsi üçün yerinə yetirilməlidir.

Hər halda, hər bir toplantının yeri və vaxtı müvafiq icra hakimiyyəti ilə razılaşdırılmalıdır. Razılaşdırma proseduru məhdudiyyətin bir formasıdır. Lakin, hesab etməyin ki, bu, son dərəcədə sərt məhdudiyyətdir. Bir çox ölkələrdə toplantı keçirmək üçün icazə alınmalıdır.

Xatırlayırsınızsa, bir neçə il əvvəl Almaniyada böyük səkkizliyin toplantısı keçiriləndə mitinqlər güc tətbiq edilməklə dağıdılmışdı.

Bu ilin mart ayında isə İsveçrənin Cenevrə kantonunun "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununa referendum vasitəsilə edilmiş dəyişikliklərə əsasən, toplantının keçirilməsinə icazə almaq üçün müraciət etməmiş, icazənin müddəalarına əməl etməmiş, yaxud toplantı zamanı polisin tələblərinə riayət etməmiş şəxslər 110 min ABŞ dolları məbləğində cərimələnir. Bundan əlavə, fiziki və hüquqi şəxslərə zərər vurulması ilə müşahidə olunmuş toplantının təşkilatçılarına beş ilədək müddətdə toplantı təşkil etməyə icazə verilmir.

Qeyd olunan dəyişikliklərin qəbul edilməsindən iki ay keçməsinə baxmayaraq, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar bunları pisləməmiş, ümumiyyətlə heç bir reaksiya verməmişlər.

Əvəzində isə bəzi beynəlxalq təşkilatların nümayəndələri ikili standartlardan çıxış edərək antiazərbaycan qüvvələrinin siyasi sifarişlərini yerinə yetirmək məqsədilə Bakıya üz tutmuş, Avropa mahnı müsabiqəsinin təşkil etməsindən şərəf və sevinc hisslərini keçirən Azərbaycan xalqının, Azərbaycan dövlətinin imicinə xələl gətirməyə çalışırlar. Onlar öz layiqli və əsaslandırılmış cavablarını alırlar.

Bəzi xarici KİV-lərdə Azərbaycana qarşı əsl informasiya cəbhəsi açlblar. Hətta bəzi səfirliklərin nümayəndələri keçmiş məhbuslara niyə siyasi fəaliyyətə qayıtmadıqlarını irad tuturlar.

Demək istərdim ki, Bakıda "Eurovision" ərəfəsində və müsabiqə gedişində razılaşdırılmamış mitinq keçirənlərlə Təbrizdə Azərbaycan Konsulluğu qarşısında Azərbaycan əleyhinə şüar səsləndirənlər arasında heç bir fərq yoxdur.

Unutmaq olmaz ki, ermənilər də "Eurovision" yarışması ərəfəsində daha aqressiv antiazərbaycan kampaniyasına keçiblər, cəbhə bölgəsində atəşkəsin pozulması bir qədər də intensivləşibdir.

Bunları təhlil edəndə hansı ssenarilərin oynandığı aydın görünür. Ölkəmizə mənfi münasibət bəsləyən bəzi xarici qüvvələr ölkədaxili müxalifətlə birləşərək dövlətimiz barədə mənfi təəssürat yaratmağa, bu məqsədlə konfranslar, yürüşlər, mitinqlər təşkil etməyə çalışırlar.

Halbuki, ölkədə mötəbər musiqi yarışmasının keçirilməsinə baxmayaraq, siyasi iradə nümayiş etdirilərək mitinqlərin keçirilməsi üçün yerlər ayrılmışdır. Bakı şəhər İcra hakimiyyəti ilə razılaşdırılmış toplantıların Qərbdə maraq doğurmağını, bununla da sifarişçilərin qrantlarından məhrum olmaq təhlükəsini görən müxalifət, deyəsən, yenə 2011-ci ilin zorakı "aprel taktikası"na qayıtmaq istəyir. Yəqin xatırlayırsınız ki, Bakının icra hakimiyyəti ilə toplantının yerini və vaxtını razılaşdırmaq əvəzinə, onlar toplantı üçün müraciətdə ümumiyyətlə göstərilməyən yerdə, hətta eyni vaxtda bir neçə yerdə kiçik qruplar şəklində ictimai asayişi pozmağa çalışmışdı. Qanunsuz, zorakı hərəkətlərə görə bir qrup şəxsin tutulmasından sonra belə onlar aksiyanı "baş tutmuş" hesab etmişdilər. Burada söhbət sərbəst toplaşmaq azadlığından gedə bilməz.

Bütün bu məqamları nəzərə alanda məntiqi suallar yaranır. Bu qədər də öz vətənini, dövlətini sevməmək olarmı? Öz ölkəsinə bu qədər də nifrət etmək olarmı? Ölkəsinin uğurlarına şərik olmaq əvəzinə maraqları təmin olunmamış xarici siyasi, iqtisadi dairələrin qara PR kampaniyasına şərik olmaqdırmı bu insanların amalı?

"Eurovision" və ya bu kimi möhtəşəm mədəni tədbirlər keçirən hər hansı bir başqa ölkədə bayram ərəfəsində dövlətinin əleyhinə belə kampaniyaların təşkilinə rast gəlinibmi? Bunu təşkil edənlərin məqsədi nədir? Suallara cavab aydındır.

Bizim məqsədimiz isə tədbiri yüksək səviyyədə, təhlükəsiz şəraitdə keçirməkdir. Əminəm ki, müsabiqəni izləyəcək milyonlarla insan Azərbaycanın surətlə inkişaf edən, azad, tolerant, dünyəvi, qədim və zəngin mədəniyyətə malik ölkə olduğunu görəcək.

Nyu-Yorkda binada partlayış nəticəsində 1 nəfə ölüb, 9 nəfər yaralanıb
Nyu-Yorkda binada partlayış nəticəsində 1 nəfə ölüb, 9 nəfər yaralanıb
Goranboy sakini minaya düşdü, ayağı amputasiya edildi
Goranboy sakini minaya düşdü, ayağı amputasiya edildi
İsmayıllı sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb (FOTO)
İsmayıllı sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb (FOTO)
Loading Bars
Xəbər lenti
Fransada sutka ərzində koronavirusa yoluxanların sayında antirekord yenilənib
Nyu-Yorkda binada partlayış nəticəsində 1 nəfə ölüb, 9 nəfər yaralanıb
ÜST rəhbəri koronavirusun yeni ştammlarının yaranma ehtimalını mümkün sayır
İsrail prezidenti Hersoq Türkiyəyə gələ bilər - Ərdoğan
ABŞ Şimali Koreyaya təzyiqi artırmaq niyyətindədir
MDU-da “20 Yanvar: Milli tariximizi azadlıq yoluna çıxaran dönüş nöqtəsi” mövzusunda seminar keçirilib (FOTO)
Azərbaycan XİN fransalı nazirin Milli Assambleyadakı çıxışına cavab verib
Azərbaycanın Fransadakı səfirliyi bu ölkənin prezidentliyə namizədinin iddialarına cavab verib
Goranboy sakininin minaya düşməsi ilə bağlı araşdırma aparılır - Prokurorluq
Goranboy sakini minaya düşdü, ayağı amputasiya edildi
Dünyada həftə ərzində 18 milyondan çox koronavirusa yoluxma halı qeydə alınıb
İsveç hökuməti ölkəyə daxil olanlardan PSR testi tələb etməyəcək
DGK və Böyük Britaniyanın Milli Cinayət Agentliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
H.Z.Tağıyevin xeyriyyəçilik və maariçilik fəaliyyəti, onun mənəvi zənginliyinə baxış - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib
Cənub-qərb küləyi güclənib - FAKTİKİ HAVA
Media Təhlil Mərkəzi Azərbaycanda ekoloji vəziyyətlə bağlı sorğu keçirib
Gəlir və xərclərinin uçotunu aparan şəxslərə vergi güzəştinin tətbiqi ilə bağlı dəyişiklik edilib
İsmayıllı sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb (FOTO)
Əli Əsədovun sədrliyi ilə ərzaq təhlükəsizliyi və qiymət artımına dair müşavirə keçirilib (FOTO)
Baş Qərargah rəisi HHQ-də toplanışın gedişatını izləyib (FOTO)
AGF-nin Ümumi Yığıncağı keçirilib (FOTO)
BSU-da 20 Yanvar faciəsinin qurbanları anılıb (FOTO)
Xarici ölkələrdə qanunsuz silahlı birləşmələrə qoşulan şəxslər məsuliyyətə cəlb ediliblər
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 930 nəfər COVID-19-a yoluxub, 12 nəfər vəfat edib
Rövşən Rzayev “Şöhrət” ordeni ilə təltif edildi
Bakıda alpinist kəndiri ilə 2 milyon manatlıq oğurluq edənlərin növbəti məhkəməsi davam olub
DİN-də ötən ilin yekunları ilə bağlı kollegiya iclası keçirilib (FOTO)
Azərbaycan məhsulları Beynəlxalq Qida və İçki Sərgisində nümayiş olunur (FOTO)
2021-ci ildə cinayət hadisələrinin sayı azalıb
Ötən il 268 kriminal qrup zərərsizləşdirilib
Ötən il dövlət qurumları üzrə 31 mindən çox cinayət qeydə alınıb - Vilayət Eyvazov
ARDNF-nin ötən il üzrə gəlir və xərcləri açıqlandı
OPEC Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb
Müstəqilliyimiz əbədidir, torpaqlarımız azaddır, şəhidlərimizin ruhu şaddır (FOTO)
Qış Olimpiya yığmamızın bayraqdarı müəyyənləşdi
Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb (FOTO)
Aqrar Sığorta Fondu tərəfindən ötən il yığılan sığorta haqqının məbləği açıqlanıb
Yanvarın 19-na USD/AZN rəsmi məzənnəsi
Feministlər ailəmdə problem yaratdı - Arvadını öldürən şəxs
Rəqəmsal İnnovasiyalar Mərkəzinə yeni rəhbər təyin olundu
Lənkəran sakinləri silahla saxlanılıb
Narkotik tərkibli həblər satan Qazax sakini saxlanıldı
Milli parklarda qayda pozuntusuna görə bir neçə vəzifəli şəxs cəzlandırılıb
Xəzərdən uzunluğu 3 metr, çəkisi 210 kiloqram olan balıq tutulub (FOTO)
Qəbələdə ətraf mühiti çirkləndirən 8 nəfər cərimələnib
Bağça müdirləri və işçilərin əmək müqaviləsinin müddəti uzadılıb
Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları şəhidin dəfn mərasimində iştirak ediblər
20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində tədbir keçirilib (FOTO)
Region hotellərində milli ulduz təsnifatı ilə əlaqəli təlimlərə start verilir
Azərbaycan və Türkiyənin tarixi birliyi gələcək nəsillərə miras qalacaq - Səfir (FOTO)
Yelo Bank-la mənzil sahibi olun
Magistral neft kəmərləri ilə nəql edilən neftin həcmi açıqlanıb
Özəl sektordan vergi daxilolmaları 24 faiz artıb
Xalq Bankın ödəniş kartları ilə səyahət daha sərfəlidir!
Sonuncu Amnistiya aktı ilə azadlığa buraxılanların sayı açıqlandı - RƏSMİ
Bakıda bir neçə məşhur restoranda kobud pozuntular aşkarlanıb
Bakı sakinləri Hacı Zeynalabdin Tağıyevə verilən yüksək dəyərə görə Prezident İlham Əliyevə təşəkkür edib (FOTO/VİDEO)
Azad olunan ərazidə işləyən şəxsdən narkotik aşkarlandı
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Bolqarıstan nümayəndə heyəti ilə görüşüb (FOTO)
Prezident İlham Əliyev: Bu gün nəinki Azərbaycanda, Cənubi Qafqazda ən böyük xeyriyyəçi Heydər Əliyev Fondudur
2021-ci ildə Azərbaycanda ən çox qeydə alınan xəstəliklər məlum olub
Məzənnə də azalacaq, faiz də - Ərdoğan
Azərbaycanın Qarabağ ərazisinə icazəsiz səfər Pekres üçün hüquqi məsuliyyət yaradır - Sevil Mikayılova
Polisin məqsədi pandemiya dövründə vətəndaşı cərimə etmək deyil - Elşad Hacıyev (MÜSAHİBƏ) (VİDEO)
Azad edilmiş ərazilərdə minalar ən çox bu sahələrdə basdırılıb
Metroda gediş haqqı artacaq? - AÇIQLAMA
Prezident İlham Əliyev: Zeynalabdin Tağıyev yüzlərlə tələbəni Rusiyaya və Avropaya göndərməklə gələcəyi düşünürdü
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Bakıda parklanmanın idarə edilməsi layihəsinə start verildi
Ötən il Azərbaycanda nə qədər uşaq doğulub? - RƏSMİ
İdarədə həyat yoldaşını güllələyən polisin məhkəməsi başladı
Mən Qazaxıstanın paytaxtında istirahətdəyəm - Nazarbayev
Azərbaycan əhalisinin sayı açıqlanıb
2021-ci ilin sosial-iqtisadi nəticələri və inkişaf perspektivləri müzakirə olunub
İranda sutka ərzində koronavirusa yoluxanların sayı yenidən artır
Prezident İlham Əliyev: Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır
Yanvarın 28-dən "AzərSpace" üzərindən yayım HD formata keçiriləcək
Prezident İlham Əliyev: Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi
2022-ci ilin ilk “Startap” şəhadətnamələri sahibkarlara təqdim edilib
Azad edilmiş ərazilərə avtobus bileti alarkən COVID pasportu tələb olunacaq? - AÇIQLAMA
20 Yanvar gününü xalqımız birliyimizi təcəssüm etdirən qürurlu tarixin ildönümü kimi qeyd edir - Dini konfessiya rəhbərləri
Xaricdə yaşayan narkotacirlər üçün narkokuryerlik edən 6 nəfər saxlanılıb (FOTO/VİDEO)
Qrafik dizaynerlərin işini asanlaşdıracaq vebsaytlar
Avropa Parlamentinə yeni sədr seçilib
Uşaq bağçalarının Təhsil Nazirliyinə təhvil verilmə prosesi davam edir - RƏSMİ
Bu gün Yerin yaxınlığından asteroid keçəcək
Bərdədə sənədsiz silahlar müsadirə olunub
ANAMA-nın sədr müavini təmizləmə əmliyyatlarının aparıldığı sahələr üzrə əraziləri açıqlayıb (ÖZƏL)
İğdır-Naxçıvan qaz kəməri layihəsinin büdcəsi açıqlanıb
Sabah Moskvada Rusiya və İran prezidentlərinin görüşü olacaq
20 Yanvar günü metronun 3 stansiyası gücləndirilmiş rejimdə işləyəcək
Rusiyada bir gündə 31 mindən çox şəxs koronavirusa yoluxub
Millət vəkili Könül Nurullayeva uşaq-gənclər inkişaf mərkəzlərinə baş çəkib (FOTO)
Biznes vebsaytınızın fiziki serverə niyə ehtiyacı olduğunun 5 səbəbi
Sabah hava necə olacaq?
"Brent" neftinin qiyməti 2014-cü ildən sonra ən yüksək həddə çatıb
Vüqar Səfərli ilə birgə ittiham olunan restoran inzibatçısı apellyasiya şikayəti verib
Gürcüstanda koronavirusa gündəlik yoluxmada rekord qeydə alınıb
Bütün xəbərlər