...

Deputatlarımız Moskvaya gedir

Siyasət Materials 9 Dekabr 2017 13:17 (UTC +04:00)
Milli Məclisin deputatları Naqif Həmzəyev və Pərvin Kərimzadə MDB-yə üzv dövlətlərin XII yaradıcı və elm ziyalıları forumunda iştirak etmək üçün dekabrın 10-da Rusiya Federasiyasının paytaxtı Moskvaya səfər edəcəklər.
Deputatlarımız Moskvaya gedir

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin deputatları Naqif Həmzəyev və Pərvin Kərimzadə MDB-yə üzv dövlətlərin XII yaradıcı və elm ziyalıları forumunda iştirak etmək üçün dekabrın 10-da Rusiya Federasiyasının paytaxtı Moskvaya səfər edəcəklər.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun təşkil etdiyi tədbir “MDB ölkələrində ailə dəyərləri və ənənələrinin möhkəmləndirilməsində humanitar əməkdaşlığın rolu” mövzusuna həsr olunub.

Toplantıda quruma üzv dövlətlərin elm və təhsil sahəsində əməkdaşlığı, MDB-də mədəniyyət ilinin keçirilməsi istiqamətində nəzərdə tutulan tədbirlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti