...

Prezident İlham Əliyevin rəhbərliyi altında əldə etdiyimiz hər bir uğur bizi qələbəyə yaxınlaşdırırdı - Soltan Məmmədov (FOTO/VİDEO)

Siyasət Materials 8 Noyabr 2022 13:24 (UTC +04:00)
Prezident İlham Əliyevin rəhbərliyi altında əldə etdiyimiz hər bir uğur bizi qələbəyə yaxınlaşdırırdı - Soltan Məmmədov (FOTO/VİDEO)

Bakı. Trend:

44 günlük Vətən müharibəsində tarixi qələbə hər birimiz üçün qürurlu və şərəflidir. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında əldə etdiyimiz hər bir uğur bizi addım-addım xalqımızın ən böyük arzusu olan ərazi bütövlüyümüzə qovuşmağa xidmət edirdi.

Bunu Milli Məclisin deputatı Soltan Məmmədov 8 Noyabr − Zəfər Günü ilə əlaqədar Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə müsahibəsində deyib.

O bildirib ki, iki il öncə Azərbaycan xalqının bu arzusu yerinə yetdi.

“Azərbaycan xalqı bütün dünyaya mübariz, güclü və müzəffər bir xalq kimi tanındı. Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, güclü xalqdır və ərazi bütövlüyünü təmin etməyə qadirdir. Əminəm ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında bizim həm inkişaf edən iqtisadiyyatımız, həm güclənən ordumuz bundan sonra da ökəmizin ərazi bütövlüyünün qorunmasını təmin edəcək”, - deyə S.Məmmədov bildirib.

Deputat qeyd edib ki, Azərbaycan hər zaman regionda sülh istəyib və sülhün də arxasında hər zaman quruculuq işləri, dostluq və əməkdaşlıq durur.

“Torpaqlarımızı işğaldan azad etdikdən sonra Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, illərlə öz ordusunu, iqtisadiyyatını gücləndirən bir dövlət kimi regionda sülhə nail olaraq işğaldan azad edilən ərazilərdə çiçəklənmə və inkişaf istiqamətində işlərimizi davam etdirəcəyik. Bu gün torpaqlarımızda həyata keçirilən istər infrastruktur layihələri, istər bərpa işləri onu göstərir ki, Azərbaycan illərlə bu ədaləti bərpa etməyə hazır idi və bu gün də onun icrasını həyata keçirir”, - deyə S.Məmmədov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti