...

Azərbaycan-Rusiya münasibətləri uğurla inkişaf edir - Putin

Siyasət Materials 5 İyun 2024 22:20 (UTC +04:00)
Azərbaycan-Rusiya münasibətləri uğurla inkişaf edir - Putin
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Rusiya arasında münasibətlər uğurla və çox praqmatik şəkildə inkişaf edir.

Trend xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşdə deyib.

“Biz Azərbaycan rəhbərliyinin dövlətlərarası əlaqələrimizin məhz qarşılıqlı maraq və mən deyərdim ki, bir-birinə müəyyən səviyyədə rəğbət əsasında qurulmasının tərəfdarı olduğunu hiss edirik”, - deyə Rusiya dövlətinin başçısı qeyd edib.

Vladimir Putin iki ölkə arasında ticarət dövriyyəsinin həcminin təqribən 4,6 milyard dollar olduğunu bildirib.

O, həmçinin bəyan edib ki, Bakı ilə Moskva arasında əlaqələrin inkişafı üçün logistika və nəqliyyat infrastrukturunu təkmilləşdirmək lazımdır.

Xəbər lenti

Xəbər lenti