...

"Azadlıq" bloku prezident seçkilərini boykot edə bilər

Siyasət Materials 31 İyul 2006 15:09 (UTC +04:00)

"Ölkədə demokratik seçki mühiti yaradılmasa və seçki komissiyalarının tərkibi paritet əsaslarla formalaşdırılmasa, "Azadlıq" Siyasi Bloku 2008-ci il prezident seçkilərini boykot edəcək". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında "Azadlıq" blokunun həmsədri Əli Kərimli bildirib.

O qeyd edib ki, hazırda blok daxilində prezident seçkiləri ilə bağlı heç bir müzakirələr aparılmır. "Çünki ölkədə köklü dəyişikliklərə nail olmadan seçkilərdə iştirak etməyin heç bir mənası yoxdur. Əgər bu dəyişikliklər baş verməsə, "Azadlıq" bloku prezident seçkilərini boykot etmək məcburiyyətində qalacaq. Əgər görsək ki, seçkidə iştirak üçün müvafiq imkanlar var, o zaman müzakirələrə başlayacağıq və konstruktiv qərara gələcəyik. Hesab edirəm ki, heç bir problem olmadan blokun vahid namizədini müəyyənləşdirəcəyik"-deyə Ə.Kərimli vurğulayıb.

Xəbər lenti

Xəbər lenti