...

Qıvraq qəsəbəsində Azərbaycan Vətən Müharibəsi əlilinə mənzil tikilib

Siyasət Materials 31 İyul 2006 15:31 (UTC +04:00)

Son 3 il ərzində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Müharibəsi əlilləri və şəhid ailələri üçün 27 fərdi mənzil, Naxçıvan şəhərində 36 mənzilli yaşayış binası tikilərək istifadəyə verilib. Bu yaxınlarda istifadəyə veriləcək daha bir 36 mənzil Azərbaycan Vətən Müharibəsi əlilləri və şəhid ailələri üçün nəzərdə tutulub. Kəngərli rayonunun Qıvraq qəsəbəsində Azərbaycan Vətən Müharibəsi əlili Zal Paşayevin ailəsi üçün 3 otaqlı fərdi yaşayış evi istifadəyə verilib. 2-ci qrup əlili Z. Paşaev ailəsinə göstərilən qayğıya görə dövlətə minnətdarlığını bildirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri V. Talıbov yeni mənzil almış Z.Paşayevin ailəsini təbrik edib.

Xəbər lenti

Xəbər lenti