...

Moskvada azərbaycanlıların işlə təmin olunması üçün əmək yarmarkası keçirilib

Cəmiyyət Materials 19 Sentyabr 2007 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) və Rusiya hökumətinin birgə təşkilatçılığı ilə çərşənbə günü Moskvada azərbaycanlılar üçün əmək yarmarkası keçirilib. Bu barədə çərşənbə günü Trend ə ÜAK-ın Moskva şəhər təşkilatının sədri İlqar Hacıyev məlumat verib.

Hacıyev bildirib ki, əmək yarmarkasında 70-dən çox şirkət, 200-yə yaxın azərbaycanlı iştirak edib. Yarmarkada iştirak edən dövlət və qeyri-dövlət təşkilatları azərbaycanlılara öz iş yerləri barədə təkliflərini veriblər. Əsas təkliflər tikinti şirkətlərində, avtobus, trolleybus pakrlarında, yaşıllaşdırma idarəsi və digər sahələr üzrə olub.

Hacıyevin sözlərinə görə, həmyerlilərimizin bir qismi yarmarkada münasib iş taparaq əmək müqavilələri bağlayıblar. Qalanları isə yarmarkada iştirakçı şirkətlərlə danışıqları davam etdirəcəklər.

Hacıyev bildirib ki, belə əmək yarmarkası hər üç aydan bir keçiriləcək. Məqsəd Rusiyada yaşayan azərbaycanlıların işlə təmin olunmasına yardım göstərməkdir.

Hacıyev əlavə edib ki, hazırda azərbaycanlıların Rusiyanı tərk etməsi faktları yoxdur.

Qeyri-rəsmi məlumatlara görə, Rusiyada üç milyona yaxın azərbaycanlı yaşayır.

Xəbər lenti

Xəbər lenti