...

Kəlbəcərin işğalı günü ilə əlaqədar Elariz klip təqdimatının vaxtını dəyişdi

Cəmiyyət Materials 1 Aprel 2008 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 01aprel /müx.TrendLife Şahin Cavadsoy/

Sabah "Muğam Teatrı"nda müğənni Elariz Məmmədoğlu yeni çəkilən klipinə təqdimat mərasimi keçirməli idi. Ancaq nədənsə, müğənni son anda bu istəyini həyata keçirməkdən daşınıb. Bu haqda TrendLife-a sənətçinin mətbuat katibi Azər Nəsibov məlumat verdi: "Sözləri Pənah Rüstəmə, musiqisi Eldar Mansurova aid olan "Gəl sevimli yar" bəstəsinə çəkilən ekran işinə tanıtım etmək üçün aprelin 2 -də Elariz KİV nümayəndələriylə görüşə gələcəkdi. Ancaq təqdimatın vaxtını dəyişdik. Çünki, sabah Kəlbəcər rayonunun ermənilər tərəfindən işğalının 15 ili tamam olacaq. Deyim ki, ilk əvvəl bu hadisə diqqətimizdən yayınsa da, son məqamda bu yalnışlığı düzəltməyə müvəffəq olduq. Təqdimatın vaxtı dəyişsə də, məkanı elə "Muğam Teatrı" olacaq. İnşallah, Elariz "Gəl sevimli yar" musiqisinə çəkilən klipi aprelin 9 - da jurnalistlərin müzakirəsinə təqdim edəcək".

Xəbər lenti

Xəbər lenti