Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir M.Əliyev/
Azərbaycan hökuməti Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını təsdiq edib. Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin çərşənbə günü yaydığı məlumatda bildirilir.
Nazirlər kabinetinin təsdiq etdiyi qərara aşağıdakı siyahı daxildir:
I. Büdcədən maliyyələşdirilən qurumlar:
1. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası;
2. Futbol üzrə İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatı Məktəbi;
3. Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi;
4. Gədəbəy rayon Respublika Kompleks Uşaq-Gənclər İdman Məktəbi;
5. Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər velosiped məktəbi;
6. Respublika Kompleks İdman Məktəbi;
7. Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatı Uşaq-Gənclər İdman Məktəbi;
8. Respublika Stend Atıcılığı İdman Məktəbi;
9. Respublika Yüksək İdman Ustalığı Məktəbi;
10. Respublika Olimpiya İdman Liseyi və onun nəzdində Sağlamlıq İdman Düşərgəsi (Nabran qəsəbəsi) və Uşaq Sosial-Psixoloji Reabilitasiya və İdman Sağlamlıq Mərkəzi (Buzovna qəsəbəsi);
11. Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzi (Şüvəlan qəsəbəsi);
12. Su idman növləri üzrə Respublika Yüksək İdman Ustalığı Məktəbi;
13. Respublika İdman Tibb Mərkəzi;
14. Bakı şəhəri Tibb bədən tərbiyəsi dispanseri;
15. Sumqayıt şəhər Tibbi-bədən tərbiyəsi dispanseri;
16. Gəncə şəhər Tibbi-bədən tərbiyəsi dispanseri;
17. Lənkəran şəhər Tibbi-bədən tərbiyəsi dispanseri;
18. Şirvan şəhər Tibbi-bədən tərbiyəsi dispanseri;
19. Şəki şəhər Tibbi-bədən tərbiyəsi dispanseri.
II. Təsərrüfathesablı qurumlar:
1. Tofiq Bəhramov adına Respublika Stadionu;
2. Respublika Velosiped Treki;
3. Heydər Əliyev adına İdman Konsert Kompleksi;
4. İdman-Tennis Kompleksi;
5. Stend Atıcılığı üzrə İdman Kompleksi;
6. Respublika Olimpiya Mərkəzi;
7. Respublika Şahmat Mərkəzi (Klubu);
8. Olimpiya növləri üzrə Milli komandalar üçün təlim-məşq mərkəzi;
9. "İdman" qəzetinin redaksiyası;
10. Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti;
11. "Azəridmanservis" MMC;
12. "Ağdam Olimpiya İdman Kompleksi" MMC;
13. "Ağdaş Olimpiya İdman Kompleksi" MMC;
14. "Balakən Olimpiya İdman Kompleksi" MMC;
15. "Biləsuvar Olimpiya İdman Kompleksi" MMC;
16. "Füzuli Olimpiya İdman Kompleksi" MMC;
17. "Göyçay Olimpiya İdman Kompleksi" MMC;
18. "Hövsan Olimpiya İdman Kompleksi" MMC;
19. "İdman Sağlamlıq Mərkəzi" MMC;
20. "İsmayıllı Olimpiya İdman Kompleksi" MMC;
21. "Kür" Olimpiya Tədris İdman Mərkəzi;
22. "Kürdəmir Olimpiya İdman Kompleksi" MMC;
23. "Oğuz Olimpiya İdman Kompleksi" MMC;
24. "Sabirabad Olimpiya İdman Kompleksi" MMC;
25. "Şağan Olimpiya İdman Kompleksi" MMC;
26. "Şəmkir Olimpiya İdman Kompleksi" MMC;
27. "Balaxanı İdman Zalı" MMC;
28. "Binə İdman Zalı" MMC;
29. "Nardaran İdman Zalı" MMC;
30. "Pirallahı İdman Zalı" MMC;
31. "Pirşağı-Kürdəxanı İdman Zalı" MMC;
32. Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin "İnşaatçı" Təlim-Məşq Bazası (Stadion);
33. Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Mehdi Hüseynzadə adına Şəhər Stadionu.