...

Pensiya artımları süni bahalaşmaya yol açacaq? - Deputatdan çağırış

Cəmiyyət Materials 15 Fevral 2024 16:22 (UTC +04:00)
Pensiya artımları süni bahalaşmaya yol açacaq?  - Deputatdan çağırış
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Statistika Komitəsinin məlumatına görə, istehlak bazarında qiymət artımları əvvəlki dövrə nisbətən səngiyib və bu da birbaşa idxal inflyasiyasının azalması ilə bağlıdır.

Bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

O qeyd edib ki, təbii ki, pensiyalarda artım tələbatı artırır və nəticə etibarilə artımın bir hissəsi istehlaka yönəldilir.

“Söhbət 700 milyon manata yaxın vəsaitin pensiya artımlarına yönəldilməsindən gedir. Ancaq Azərbaycanda qiymət artımına təsir gəstərən əsas faktor idxal inflyasiyasıdır. Hazırda regional bazarlarda qiymətlərin ucuzlaşması və ya optimallaşması səbəbindən idxal inflyasiyası müəyyən qədər səngiyib. 2024-cü ildə də gözlənti ondan ibarətdir ki, birrəqəmli inflyasiyaya nail olmaq mümkün ola bilər.

Amma bütövlükdə sosial xərclər artan zaman biz süni şəkildə qiymət artımlarını müşahidə edirik. Ona görə də nəzərə alsaq ki, pensiya artımları verilməyə başlayıb, ona görə də məqsədəuyğun olardı ki, istehlak bazarında monitorinqlər gücləndirilsin, süni qiymət artımına qarşı mübarizə genişləndirilsin. Çünki xərcləmələr artdıqca bəzi məhsullarda süni qiymət artımları müşahidə edilə bilər”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti