...

UNEC 2025-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir

Cəmiyyət Materials 16 May 2025 09:58 (UTC +04:00)
UNEC 2025-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2025-ci tədris ili üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir.

Doktorantura pilləsinə qəbul ali təhsilin magistratura səviyyəsini başa vurmuş (magistr dissertasiyasını müdafiə etmiş) və ya ona bərabər tutulan təhsilə malik Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulub.

Sənədlər 2 iyun 2025-ci il tarixinədək yalnız portal.edu.az platforması üzərindən elektron şəkildə (PDF formatında) təqdim olunmalıdır.

Qəbul olunan iddiaçılar iyun ayında Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan “Xarici dil” fənni üzrə imtahanda iştirak edəcəklər. Bu imtahanda keçid balı toplamış şəxslər “Fəlsəfə”, daha sonra isə “İxtisas” fənləri üzrə imtahanlara buraxılırlar. “Fəlsəfə” fənni üzrə imtahanın 2–4 sentyabr 2025-ci il tarixlərində, “İxtisas” fənni üzrə imtahanın isə 9–11 sentyabr 2025-ci il tarixlərində keçirilməsi nəzərdə tutulub.

İxtisaslar və plan yerləri haqqında məlumat unec.edu.az saytının qəbul bölməsində yerləşdirilib.

Ünvan: Bakı şəhəri, Abbas Səhhət küçəsi 45A, UNEC-in IV tədris binası (Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yanı), otaq 104. Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi.

Telefon: (012) 440-57-49

Məqalədə:
Xəbər lenti

Xəbər lenti