Bakı. Trend:
İnformasiya almaq hər bir insanın fundamental hüququdur. Bu hüququn təmin edilməsi yalnız texniki məsələ deyil, eyni zamanda insan ləyaqətinin, bərabər imkanların və inkuliziv cəmiyyət quruculuğunun əsas şərtidir.
Trend xəbər verir ki, bunu Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov qurumun təşkilatçılığı ilə keçirilən “Audiovizual mediada bərabərlik və informasiyaya əlçatanlıq’’ mövzusunda tədbirdə çıxışı zamanı deyib.
Aparat rəhbəri bildirib ki, media, o cümlədən audiovizual media hamı üçün bərabər imkanlar tanımalı və onların yaydığı informasiya hamı üçün əlçatan olmalıdır:
“Fiziki göstəricilərinə, əlliliyinin olub-olmamasından asılı olmayaraq hamının xəbərlərə, gündəlik aktual məsələlərə, cari təfsirlərə çıxışı və əlçatanlığı olmalıdır.
Tədbirin mövzusuna baxsaq, əslində özündə ən təməl insan hüquqlarından birini, informasiya əldə etmək hüququnu və bu istiqamətdə bərabərliyi, əngəlsizliyi, əlçatanlığı ehtiva edir”.