...

“Yolumuz Qarabağa” portalında icazələrin verilməsi bu tarixədək dayandırıldı

Cəmiyyət Materials 30 İyun 2025 13:42 (UTC +04:00)
“Yolumuz Qarabağa” portalında icazələrin verilməsi bu tarixədək dayandırıldı
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

30 iyun-6 iyul tarixlərində işğaldan izad edilmiş ərazilərdə keçiriləcək dövlət tədbiri ilə əlaqədar “Yolumuz Qarabağa” portalından 9 istiqamət üzrə (Suqovuşan, Füzuli, Şuşa, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Ağdam, Laçın) gedişlər ləğv olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu barədə vətəndaşlara əvvəlcədən SMS bildiriş göndərilib.

“Zəngilan və Cəbrayıl rayonlarına səfərlə bağlı isə heç bir məhdudiyyət tətbiq olunmayıb”, - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti