...

Azərbaycan taekvondoçuları Avropa çempionatına yola düşüblər

İdman Materials 30 Aprel 2012 12:09 (UTC +04:00)
Azərbaycan Taekvondo Federasiyasının mətbuat xitmədinin rəhbəri Sənan Məhərrəmov Trend-ə bildirib ki, Böyük Britaniyanın Mançester şəhərində qitəmiqyaslı yarışda 14 idmançımız iştirak edəcək
Azərbaycan taekvondoçuları Avropa çempionatına yola düşüblər

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan taekvondoçuları Avropa çempionatına yola düşüblər.

Azərbaycan Taekvondo Federasiyasının mətbuat xitmədinin rəhbəri Sənan Məhərrəmov Trend-ə bildirib ki, Böyük Britaniyanın Mançester şəhərində qitəmiqyaslı yarışda 14 idmançımız iştirak edəcək.

Milli komandanın baş məşqçisi, respublikanın əməkdar məşqçisi Ələkbər İmaməliyev, 8 nəfərlik kişilərdən ibarət heyətə Mikayıl Əliyevi (54 kq), Samir Aydınov (58 kq), Ramik Nəzərov (63 kq), Elvin Məmmədov (68 kq), İlkin Şahbazov (74 kq), Fərid Tağızadə (87 kq,) Ramin Əzizov (80 kq) və Aydın Bəhməlovu (+87 kq) cəlb edib.

Qadınların baş məşqçisi Sun Mi Park isə 6 nəfərlik heyətdə Xəyalə Quliyevaya (46 kq), Türkanə Tahirli (49 kq), Aygül Abdullayevaya (53 kq), Günay Ağakişiyeva (57 kq), Səbinə Mikayılova (62 kq) və Fəridə Əzizovaya (67 kq) güvənib.

Mayın 2-də Avropa Taekvondo Birliyi (ETU) İcraiyyə komitəsinin iclasında, Azərbaycan Taekvondo Federasiyasının birinci vitse prezidenti və ETU-nun vitse presidenti Füzuli Musayev iştirak edəcək. Artıq Mançesterdə olan seçmə komandamız iki günlük yüngül məşqlərin ardından, 3-6 may tarixlərində yarışa qatılacaq. Taekvondoçularımız ayın 8-də Bakıya qayıdacaqlar.

Xəbər lenti

Xəbər lenti