...

Daha bir paytaxt məktəblisi Avropa çempionatında qələbə qazanıb

İdman Materials 14 Dekabr 2017 13:30 (UTC +04:00)
Paytaxt məktəblisi kombat ciu-citsu idman növü üzrə Avropa çempionatında I yerə layiq görülüb.
Daha bir paytaxt məktəblisi Avropa çempionatında qələbə qazanıb

Bakı. Trend:

Paytaxt məktəblisi kombat ciu-citsu idman növü üzrə Avropa çempionatında I yerə layiq görülüb.

Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

BŞTİ-nin tabeliyindəki 55 nömrəli tam orta məktəbin VI sinif şagirdi Xədicə Baxışlı Ukraynada keçirilən çempionatda 14-15 yaşlı qızlar arasında 47 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanıb.

X.Baxışlı diplom və medalla təltif olunub.

Qeyd edək ki, X.Baxışlı 2015, 2016 və 2017-ci illərdə kombat ciu-citsu idman növü üzrə Bakıda təşkil olunan beynəlxalq turnirlərdə I yeri tutub.

Xəbər lenti

Xəbər lenti