...

Çempionlar Liqası: "Sabah" ilk rəqibi ilə görüşəcək

İdman Materials 17 Sentyabr 2024 09:30 (UTC +04:00)
Çempionlar Liqası: "Sabah" ilk rəqibi ilə görüşəcək

Bakı. Trend:

Bu gün Azərbaycan çempionu "Sabah" FİBA Çempionlar Liqasının təsnifat mərhələsində ilk oyununa start verəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, çempionumuzun rəqibi İsveçin "Norçepinq Dolfins" klubu olacaq.

Qarşılaşma Türkiyənin Antalya şəhərində, Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Qeyd edək ki, "Sabah" - "Norçepinq Dolfins" cütünün qalibi sentyabrın 19-da keçiriləcək yarımfinalda İsveçrənin "Friburq" klubu ilə üz-üzə gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti