...

"Liverpul" və "Arsenal" 20 yaşlı yarımmüdafiəçi ilə maraqlanır

İdman Materials 14 Noyabr 2024 05:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın "Ayntraxt" klubunun futbolçusu Uqo Larsson karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxınlaşır.

Trend xəbər verir ki, "Arsenal" və "Liverpul" komandaları, 20 yaşlı isveçli yarımmüdafiəçini transfer etmək üçün ciddi maraq göstərir. İngiltərə mətbuatının məlumatına görə, Premyer Liqa nəhəngləri yanvar ayında Larssonu heyətinə qatmaq üçün Almaniya klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Ayntraxt" Uqo Larssonu ötən ilin yayında "Malmö"dən transfer edib. İsveç millisinin üzvü olan gənc futbolçu bu mövsüm Frankfurt təmsilçisinin heyətində çıxış etdiyi 16 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.

Xəbər lenti

Xəbər lenti