...

Dövlət Ehtiyatları Agentliyinin yeni rəhbəri kollektivə təqdim olunub

İqtisadiyyat Materials 10 Yanvar 2022 11:45 (UTC +04:00)
Dövlət Ehtiyatları Agentliyinin yeni rəhbəri kollektivə təqdim olunub

Bakı. Trend:

Dövlət Ehtiyatları Agentliyinin yeni rəhbəri Səbuhi Sadıqov kollektivə təqdim olunub.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri təyin edilmiş Səbuhi Əhəd oğlu Sadıqov kollektivinə təqdim olunub.

Yeni sədri kollektivə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti