...

Sahibkarlığın İnkişafı Fondu daha bir MMC-yə güzəştli kredit ayırıb

İqtisadiyyat Materials 12 İyun 2023 17:18 (UTC +04:00)

Bakı. Trend:

Sahibkarlığın İnkişafı Fondu “Nobel Boya və Kimya” MMC-yə güzəştli kredit verib.

Trend-in bazar ertəsi verdiyi məlumata görə, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" səhifəsində yazıb.

“Sahibkarlığın İnkişafı Fondu tərəfindən boya istehsalının genişləndirilməsi layihəsi üçün “Nobel Boya və Kimya” MMC-yə 850 min manat güzəştli kredit ayrılıb”, - nazir bildirib.

Xatırladaq ki, Sahibkarlığın İnkişafı Fondu 2022-ci ildə 2726 investisiya layihəsini maliyyələşdirib. Ümumilikdə, Fond tərəfindən 145,9 milyon manat məbləğində güzəştli kreditlər verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti