...

Ölkədə bu il tütün yığımı ARTIB

İqtisadiyyat Materials 30 Dekabr 2023 12:43 (UTC +04:00)
Ölkədə bu il tütün yığımı ARTIB
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2744.6 hektar sahədən 4170,4 ton tütün yarpağı yığılıb.

Trend-in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.2% və ya 452.2 ton çoxdur.

Belə ki, 2022-ci ilin müvafiq dövründə 2431 hektar sahədən 3718.2 ton tütün yarpağı yığılıb.

Qeyd edək ki, hesabat dövründə ən çox tütün yarpağı Şəki (2874 ton), Qax (415.7 ton), Zaqatala (365.2 ton) və Oğuz (187.8 ton) rayonlarından yığılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti