Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 22 milyon 770 min ABŞ dolları dəyərində 13 min 698 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 5 milyon 177 min ABŞ dolları (29,4%), həcm baxımından isə 2 min 992 ton (27,9%) çoxdur.
10 ayda kimya sənayesi məhsulları ixracı ölkənin ümumi ixracının 0.10%-ni təşkil edib.
Xatırladaq ki, ötən ilin 10 ayında Azərbaycan 17 milyon 593 min ABŞ dolları dəyərində 10 min 706 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edib.