...

Kurort Turizm İnformasiya Mərkəzi tərəfindən verilən yollayışların sayı məlum olub

İqtisadiyyat Materials 5 İyun 2025 12:06 (UTC +04:00)
Kurort Turizm İnformasiya Mərkəzi tərəfindən verilən yollayışların sayı məlum olub
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Son 5 ayın hesabatına əsasən, Kurort Turizm İnformasiya Mərkəzi tərəfindən yollayışla təmin olunmuş üzvlərin sayı 13 min 269 nəfər olub.

Trend xəbər verir ki, bu sözləri Kurort Turizm İnformasiya Mərkəzinin direktoru Emilya Səfərəliyeva Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının E-AHİK elektron rezervasiya sisteminin təqdimat tədbirində bildirib.

O, bildirib ki, bu günə olan ümumi müraciətlərin sayı 28 min 166 ədəd olub. Bu müraciətlərin 22 mindən çoxu təsdiq və tətbiq statusundadır.

"Əvvəllər göndərişlər tələb təklif əsasında verilirdi. Artıq üzvlərin istəkləri və tələbləri nəzərə alınaraq müxtəlif təminatlı yollayışlar təşkil olunub".

Xəbər lenti

Xəbər lenti