...

Azərbaycandan Gürcüstana pul köçürmələri 2 dəfədən çox azalıb

İqtisadiyyat Materials 9 İyul 2025 14:17 (UTC +04:00)
Azərbaycandan Gürcüstana pul köçürmələri 2 dəfədən çox azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin birinci rübündə Azərbaycandan Gürcüstana fiziki şəxslərin pul köçürmələrinin həcmi 7,002 milyon ABŞ dolları təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,643 milyon ABŞ dolları və ya 2,1 dəfə azdır. 2024-cü ilin birinci rübündə Azərbaycandan Gürcüstana fiziki şəxslərin pul köçürmələrinin həcmi 14,645 milyon ABŞ dolları təşkil edib.

Bu dövrdə Gürcüstandan Azərbaycana 6,740 milyon ABŞ dolları həcmində pul köçürülüb ki, bu da, illik müqayisədə 2,520 milyon ABŞ dolları, yaxud da 27,2% azdır. Ötən ilin ilk üç ayında bu məbləğ 9,260 min ABŞ dolları idi.

Hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Gürcüstanın payı 6,2%, xaricdən ölkəyə pul köçürmələrində Gürcüstanın payı isə 2,9% olub.

Ümumilikdə, 2025-ci ilin ilk rübündə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 112,674 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 18,811 milyon ABŞ dolları və ya 14,3% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 229,494 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin ilk rübündəki göstərici ilə müqayisədə 64,926 milyon ABŞ dolları və ya 22,1% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti