Azərbaycan, Bakı/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanın Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Macarıstanın sosial işlər və əmək nazirliyi ilə əməkdaşlıq barədə razılaşma imzalayacaq. Bu barədə nazirliyin məlumatında göstərilib.Nazirliyin məlumatına əsasən, layihə əmək, məşğulluq və iki ölkənin əhalisinin sosial müdafiəsi sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı imzalanacaq.Sentyabrın 23-dən 27-nə qədər Macarıstanda səfərdə olan Azərbaycanın əmək naziri 25-26 sentyabr tatixlərində Budapeştdə keçirilən Macarıstan hökuməti və Dünya Bankının "Şərqi Avropa və Mərkəzi Asiyada sosial iştirak" Konfransına iştirak edib.
Konfransın məqsədi - beynəlxalq təşkilatların rəhbərləri ilə Şərqi Avropa və Mərkəzi Asiya ölkələri nazirləri arasında sosial iştirakla bağlı danışıqlar keçirməkdir.