...

Bakı Banklararası Valyuta Birjası fevralın 5 -nə olan ticarət sessiyalarının nəticələrini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2008 20:07 (UTC +04:00)

Azgrbaysan, Bakı, 05 fevral / Trend / Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, 05 fevral tarixdə USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8449 AZN təşkil edib. Bu barədə birjanın çərşənbə axşamı yayılan məlumatında deyilir.

BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi hər ABŞ dollara görə 0,8449 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 354 858 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişilməz qalıb.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 591 430 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə manatın orta məzənnəsi dollara nisbətən 0,8449 AZN təşkil edib.

Hər iki sessiyanın nəticələrinə görə, ümumi həcm USD/AZN aləti üzrə $ 1 120 000 ABŞ dolları və ya 946 288 AZN təşkil edib. Orta hesabla, hər sövdələşmənin payına 373 333 ABŞ dolları düşür.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,56%, ABŞ dolları üzrə isə, illik 14,94% təşkil edib.

Gün ərzində banklar arasında həcmləri 1 000 000 AZN və 2 500 000 AZN müddətləri 60 və 180 gün təşkil edən 2 əqd qeydə alınıb. Banklararası kreditlər üzrə faiz dərəcələri müvafiq qaydada illik 15% və 16% təşkil edib.

Xəbər lenti

Xəbər lenti