...

Azərbaycanın Milli Bankı əcnəbi investorun ölkənin aparıcı özəl banklarının birinin səhmlərinə daxil olmasına icavə verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2008 19:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir İ.Xəlilova / Azərbaycanın Milli Bankı (AMB) əcnəbi investorun ölkənin aparıcı özəl banklarından biri - "AzerigazBank"ın səhmlərinə daxil olmasına icazə verib, - bankın idarə heyətinirn sədri Azər Mövsümov deyib. Bank səhmdarlarının qərarına əsasən, ona bankın səhmlərinin 10 faizi veriləcək. İnvestor tərəfindən saziş imzalanmasının bəyənilməsi iki həftə ərzində gözlənilir, bunadək bank rəhbəri onun adını açıqlamaqdan imtina edib.

Mövsümovun sözlərinə görə, bankın səhmləri nominal dəyərdən artıq qiymətə satılacaq, səhmlərin alışı yeni emissiya hesabına baş verəcək. Onun qeydiyyatı üçün "AzerigazBank" artıq AR prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə müraciət edib. Yeni səhmdarın daxil olması nəticəsində, bankın Nizamnamə kapitalı hazırki 12 mln. manatdan 15 mln. manatadək artırılacaq.

"Yeni emissiyanın yerləşdirilməsində həm də bankın fəaliyyətdə olan səhmdarları iştirak edəcəklər", - Mövsümov deyib.

Hazırda "AzerigazBank"ın təxminən 80 səhmdarı hesablanır.

İndiyədək "AzerigazBank"ın yegənə əcnəbi səhmdarı Beynəlxalq Maliyyə Korporasiyası (IFC) sayılıb. O, bank kapitalında 17,5 faiz (735 000 səhm) iştirak əldə edib.

Hazırda bankın ümumi kapitalı 20 mln. manatı, aktivləri isə - 170 mln. manatı ötür.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti