...

İslam İnkişaf Bankının missiyası Bakıda üçillik əməkdaşlıq proqramını müzakirə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2008 20:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir İ.Xəlilova / Azərbaycan hökuməti ilə 2009-cu ilədək əməkdaşlıq proqramının müzakirəsi üçün İslam İnkişaf Bankı (İİB) missiyasının Bakıya səfəri martın 9 -10-na planlaşdırılıb, - çərşənbə günü ölkənin İqtisadi İnkişaf Nazirliyindən deyiblər. Səfər zamanı bank ekspertləri 2007-ci maliyyə ilində maliyyələşmə üçün layihələrin hazırlanmasının gedişatı ilə tanış olacaqlar.

Ümumilikdə proqrama ilkin dəyəri $220 mln. olan 10 layihə daxildir.

Bir güzəşt, bir kommersiya kreditləri və texniki yardım almaq üçün İslam bankına üç layihənin təqdim olunması planlaşdırılır. Onların arasında - üç kiçik şəhərdə [Ağcabədi, Balakən və Beyləqan təklif olunub] su təchizatı sisteminin bərpa edilməsi, Bəhramtəpə avtomobil yolunun yenidən qurulması və Mil-Qarabağ kollektorunun yenidənqurma layihəsi üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması yer alıb.

"2008-ci il aprelədək layihələri İİB -ə təqdim etsək və onlara dair müəyyən irəliləyişlər müşahidə etsək, 2007-ci ilə Azərbaycan üçün İİB büdcəsinə qoyulmuş vəsaitdən istifadə edə bilərik", - hökumətdəki mənbə bildirib.

Bank su layihəsinə maksimum $30-40 mln. məbləğində güzəşt krediti ayırmaq niyyətindədir.

İndiyədək Azərbaycanda bank tərəfindən maliyyələşdirilən layihələrdən cəmi dördü $61 mln. məbləğində kommersiya şərtlərində olublar. Onlar Ələt-Qazımməməd avtomobil yolunun, Mingəçevir elektrik stansiyasının, Ucar-Yevlax yolunun və Xaçmaz yarmstansiyasının tikintisi layihəsinin reallaşdırımasına yönəlib.

Xəbər lenti

Xəbər lenti