...

Çinin "Sanlu" şirkətinin məhsulu Azərbaycan bazarı üçün təhlükə törətmir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2008 14:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 oktyabr / Trend , müxbir Ü.İsmayılova/ Süd məhsullarının tərkibində olan melamindən zəhərlənmiş 10 mindən çox uşaq Çinin xəstəxanalarında müalicə edilməkdədir. Bu rəqəmi cümə axşamı ÇXR-in Səhiyyə Nazirliyi açıqlayıb.

Əvvəllər bir neçə uşağın ölməsi barədə məlumat verilib. Çərşənbə günü Çinin Səhiyyə Nazirliyi ərzaq məhsullarının tərkibində melaminin mümkün normalarını dərc edib.

Məhsulu kütləvi zəhərlənməyə və bir neçə uşağın ölümünə səbəb olmuş Çinin "Sanlu" şirkətinə qarşı oktyabrın 7-də ilk iddia irəli sürülüb.

"Sanlu şirkətinin məhsulları ilə bağlı vəziyyət Azərbaycan istehlakçıları üçün təhlükə törətmir. İstehlak bazarının monitorinqi ölkə bazarlarının piştaxtalarında Çinin "Sanlu" şirkətinin məhsullarının olmamasını göstərib", - cümə axşamı Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Istehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətindən bildiriblər.

Melamin - kimyəvi maddədir. Orqanik əsası sinamid trimmeridir. Strukturun əsasında 1,3,5-triazin mövcuddur. Özündə rəngsiz kristalları birləşdirir.

Xəbər lenti

Xəbər lenti