...

Tikilməkdə olan "Azadlıq prospekti" metro stansiyasını su basmayıb - Bakı metropoliteninin baş mühəndisi

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2008 18:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 dekabr / Trend , müxbir E.İsmayılov/ "Paytaxtın Binəqədi rayonunda tikilən "Azadlıq prospekti" metro stansiyasını su basması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil", - Bakı metropoliteninin baş mühəndisi Elbrus Muradov bildirib.

"Biz rayon stansiyasında su xətlərini bağlamışıq. Stansiyanı su basmayıb",- Muradov söyləyib.

2009 - cu ilin dekabr ayında "Azadlıq prospekti" metro stansiyasında tikinti işlərinin başa çatması gözlənilir. Metro stansiyası 8 - ci mikrorayon ərazisindədir.

Bakı metropoliteni (İçəri Şəhər stansiyasından Nəriman Nərimanov stansiyasınadək üç aralıq stansiya ilə) 1967-ci ildən fəaliyyət göstərir. Metropolitenin yeddi stansiyası (İçəri Şəhər, Sahil, 28 may, Cəfər Cabbarlı, Xətai, Nizami, Elmlər Akademiyası) dərin enişli, Bakmil - yerüstü, qalanları isə sütunlu, dayaz enişlidir (cəmi 21 stansiya).

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti