...

Dünya Bankının nəqliyyat üzrə missiyasının Bakıya səfəri gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2006 13:36 (UTC +04:00)

İyulun 11-dən 20-ə qədər Dünya Bankının nəqliyyat missiyası Bakıda olacaq. Bu missiyaya bankın yol infrastrukturu üzrə mütəxəssisi Olivye Le Ber başçılıq edəcək. Bu barədə Trend ə DB-nin Bakı nümayəndəliyindən xəbər veriblər. Səfərin əsas məqsədi avtomagistralların yenidənqurulması sahəsində mövcud layihələrin reallaşmasının icmalını keçirməkdən ibarətdir. Onların maliyyələşdirilməsi bir layihə kimi həyata keçirilir.

Layihə Ələt-Masallı avtomagistralı marşrutunun genişləndirilməsi və dəyişdirilməsini nəzərdə tutur. Nəticədə yolun uzunluğu 230 km-dən 200 km-ə qədər qısalacaq. Həmçinin layihədə Bakını respublikanın qərb rayonları ilə birləşdirən Bakı-Şamaxı-Muğan yolunun təmiri nəzərdə tutulur.

Yol infrastrukturunun yaxşılaşdırılması kənd yerlərinin bazara çıxışını, ticarət və tranzitə çıxışı təmin edərək, yoxsulluğun azaldılması və qeyri-neft sektorunun inkişafı üçün yaxşı üsuldur.

DB yolların yenidənqurulması üçün 200 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını qərara alıb. Bu iki layihə üçün çatışmayan vəsaitlər artıq ikinci kredit çərçivəsində verilə bilər. Bank missiyası ilə yolların yenidənqurulması üçün bu vəsaitlərin ayrılma məsələsi və digər aspektlər gözdən keçiriləcək.

Nəqliyyat Nazirliyindən verilən xəbərə görə, kredit vəsaitlərindən istifadəyə 2006-cı ilin sonunda başlanılacaq. Hazırda Bakı-Şamaxı-Muğan yolunun tikinti layihəsi üzrə məsləhətçi müəyyən olunur, Ələt-Masallı yolu üzrə isə məsləhətçi Finlyandiyanın Finroad Ltd. konsaltinq şirkəti olub.

Xəbər lenti

Xəbər lenti