...

Amerika bankının ekspertləri 2009-cu ildə qazın qiymətlərində cüzi artmalar proqnozlaşdırırlar

Energetika Materials 29 Fevral 2008 18:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 fevral / Trend , müxbir A.Bədəlova/ ABŞ-ın "JP Morgan" bankının proqnozlarına görə, 2009-cu ildə dünya üzrə təbii qazın orta qiyməti 2008-ci ildəki $7,50/mmBTU göstəricisinə qarşı $7,65/mmBTU təşkil edəcək.

Cümə günü "JP Morgan"ın baş ofisində Trend a bildiriblər ki, 2008-ci ilin ikinci rübü üçün proqnozlar $6,65/mmBTU göstəricisindən $7,15/mmBTU göstəricisinə qədər artıb və bu, ABŞ-da maye qaz idxalının azalacağı ehtimalı səbəbindən baş verib. Bank hesab edir ki, 2009-cu ildə qazın dünya qiymətlərinin 1 faiz artması maye qaza olan tələbatın artması ilə əlaqədardır.

Son illər ərzində maye qaz istehsalı, orta hesabla, ildə 6,6 faiz artıb. Məsələn,Türkiyənin "Botas" dövlət şirkətinin məlumatlarına görə, 2020-ci ilə qədər Türkiyənin Nigeriya və Əlcəzairdən maye qaz idxalı 25 mlrd. kubmetri keçəcək.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti