...

2022-2023-cü illərdə SOCAR-ın hasilatının artması gözlənilir - "Fitch"

Energetika Materials 28 Oktyabr 2022 19:02 (UTC +04:00)
2022-2023-cü illərdə SOCAR-ın hasilatının artması gözlənilir - "Fitch"
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) hasilatı əsasən təbii qaz hasilatının çoxalması hesabına 2022-ci ildə 4 faiz, 2023-cü ildə isə 5 faiz artacaq və gələcəkdə sabit qalacaq.

Trend bu barədə cümə günü "Fitch" agentliyinin hesabatına istinadən xəbər verir.

"SOCAR-ın neft və qaz hasilatı 2020-ci illə müqayisədə 2021-ci ildə sutkada 7 faiz artaraq 282 min barel neft ekvivalentinə çatıb. Bu, Azərbaycanda neft və qaz hasilatının müvafiq olaraq 1 faiz və 23 faiz artması ilə əlaqədardır. Azərbaycanda neft hasilatı azalır və biz bu baxımdan ciddi dəyişiklik gözləmirik. Qaz hasilatının artması əsasən 2018-ci ildə “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsində hasilatın başlanması ilə bağlıdır”, - hesabatda deyilir.

"Fitch" analitikləri qeyd edirlər ki, Azərbaycanda neft-qaz layihələrinin əksəriyyəti SOCAR-ın minoritar paya malik olduğu hasilatın pay bölgüsü sazişləri çərçivəsində həyata keçirilir.

“Bundan başqa, SOCAR-ın dövlət tərəfindən dəstəklənən bəzi digər iri enerji layihələrində, məsələn, Cənub Qaz Dəhlizi layihələrində də payları var”, - hesabatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti